Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı ilə bağlı saziş imzalanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.
BAKU.WS xəbər verir ki, Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.
İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.
Oxşar xəbərlər
Aİ səfiri: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi qəbul edilir”
“Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı əlaqələr son illər sürətlə inkişaf edir. Bu yayın ən mühüm hadisələrindən biri Aİ ilə Azərbaycan arasında enerji...