Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiya yaradıldı

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiya yaradıldı
Siyasət 166

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması ilə bağlı sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, delimitasiyası üzrə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) aşağıdakı tərkibdə oalcaq.

Komissiyanın sədri

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri

Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müaviniXarici işlər nazirinin müaviniDaxili işlər nazirinin müaviniEkologiya və təbii sərvətlər nazirinin müaviniƏdliyyə nazirinin müaviniKənd təsərrüfatı nazirinin müaviniMüdafiə nazirinin müaviniDövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müaviniDövlət Sərhəd Xidməti rəisinin müaviniXarici Kəşfiyyat Xidməti rəisinin müaviniAzərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müaviniİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisiAzərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiriQazax Rayon İcra Hakimiyyətinin başçısıAğstafa Rayon İcra Hakimiyyətinin başçısıTovuz Rayon İcra Hakimiyyətinin başçısıGədəbəy Rayon İcra Hakimiyyətinin başçısıDaşkəsən Rayon İcra Hakimiyyətinin başçısıKəlbəcər Rayon İcra Hakimiyyətinin başçısıLaçın Rayon İcra Hakimiyyətinin başçısıQubadlı Rayon İcra Hakimiyyətinin başçısıZəngilan Rayon İcra Hakimiyyətinin başçısı.

Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər