Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir - Prezident

Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir - Prezident
Siyasət 35

Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bildirib.

"Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq", - deyə dövlət başçısı əlavə edib.

Son xəbərlər