Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının növbəti iclası sabah keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının növbəti iclası sabah Brüsseldə keçiriləcək.
BAKU.WS Report-a isinadla xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekunlarına əsasən bildirib.
Onun sözlərinə görə, iclas zamanı tərəflər müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.
Ursula fon der Lyayen Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzərində iş aparıldığını xatırladıb və tezliklə bunun yekunlaşacağına ümidvar olduqlarını bildirib.
“Aİ Azərbaycanın birinci ticarət tərəfdaşı və ixrac üçün birinci istiqamətidir”, - AK Prezidenti deyib.
Xatırladaq ki, Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının 18-ci iclası iyulun 19-u Brüsseldə keçiriləcək. Azərbaycan tərəfini iclasda XİN rəhbəri Ceyhun Bayramov təmsil edəcək.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...