Azərbaycan 2025-ci ildən beynəlxalq enerji bazarlarında investisiyaçı ölkəyə çevrilir

Azərbaycan 2025-ci ildən beynəlxalq enerji bazarlarında investisiyaçı ölkəyə çevrilir
Siyasət 30

Azərbaycan 2025-ci ildən etibarən beynəlxalq enerji bazarlarında fəaliyyətini yeni mərhələyə daşıyıb.

BAKU.WS-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, Cənub Qaz Dəhlizi təxminən 15 il əvvəl əsası qoyulan strateji layihədir və bu müddət ərzində Azərbaycanın enerji ixrac imkanlarını ciddi şəkildə artırıb. Onun sözlərinə görə, əvvəlki illərdə Azərbaycan əsasən enerji məhsullarını ixrac edən ölkə kimi çıxış edirdisə, 2025-ci ildən etibarən bir sıra dövlətlərdə investisiyalar yatırmaqla enerji şirkətləri və layihələrində pay sahibi olub.

C.Bayramov vurğulayıb ki, bu yanaşma Azərbaycanın iqtisadi potensialını genişləndirməklə yanaşı, enerji diplomatiyasına da yeni məzmun və imkanlar qazandırır.

Son xəbərlər