AZAL: J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının 5000-ə yaxın nüsxəsi çap edilib
Yeniliklərdən dərhal xəbərdar olun
AZAL və "Azərpoçt"un birgə təşəbbüsü ilə xüsusi poçt markası hazırlanıb. Markanın üzərində sonsuzluq işarəsi və uçuşun nömrəsi əks olunub.
BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov deyib.
İlham Əmirov qeyd edib ki, bu poçt markası kiçik simvol olsa da, bütün dünyaya yayılacaq və baş vermiş hadisə ilə bağlı insanların məlumatlandırılmasına xidmət edəcək:
"Poçt markalarının satışından əldə olunan vəsait şəhid ailələrinin övladlarına, xüsusilə onların təhsilinə yönəldiləcək, eyni zamanda sosial yardım məqsədilə istifadə olunacaq. İlkin mərhələdə simvolik olaraq 5000-ə yaxın nüsxə çap edilib. Lakin tələbat artacağı təqdirdə, poçt markalarının tirajının da artırılması nəzərdə tutulur".
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...