Azad olunan ərazilərdə hidrometeoroloji şəbəkə bərpa ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən tez zamanda işğaldan azad olunan ərazilərdə hidrometeoroloji şəbəkəni bərpa etmək istiqamətində bütün lazımi addımlar atılacaq”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Xidmət rəisi qeyd edib ki, Qarabağ bölgəsində 1990-cı ilə qədər 10 hidrometeoroloji, 3 radiometeoroloji, 15 çay üzərinə müşahidə, 2 aqrometeoroloji stansiya və 16 atmosfer proseslərinə fəal təsir göstərən məntəqələr fəaliyyət göstərib:
“Ümid edirik ki, ən yaxın zamanlarda onların fəaliyyəti bərpa olunacaq”.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edi...