Azad edilmiş ərazilərdə Qurban bayramına hazırlıq başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində çadır tipli heyvan kəsimi məntəqələri quraşdırılıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə AQTA-nın sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
"Həmin çadırlarda heyvanların kəsimi həyata keçiriləcək. Bildiyiniz kimi, artıq əhali bəzi əraziyə köçüb. Təbii ki, gündəlik tələbat mallarından biri də ət məhsullarıdır. Həmin çadır tipli kəsim məntəqələri quraşdırılıb. Şəhərsalmaya uyğun olaraq, orada stasionar tipli kəsim məntəqələr inşa ediləcək", - o bildirib.
Q.Təhməzlinin sözlərinə görə, Qurban bayramına hazırlıq məqsədilə AQTA müvafiq qurumlarla birgə ölkədə standartlara uyğun kəsim məntəqələrində monitorinqlər keçirib: "Standartlara uyğun olmayan yerlərdə isə çadır tipli kəsim məntəqələri quraşdırılacaq".
Oxşar xəbərlər
Talış kəndindən reportaj: Böyük Qayıdışın növbəti ünvanı - FOTO
Vətən müharibəsindən ötən 2 il yarımlıq qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib. Xalqımız 2020-ci i...