Azad edilən ərazilərdə yolların işıqlandırılmasında yenilik tətbiq ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblər müəyyən ediləcək.
BAKU.WS xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Azərişıq” ASC, yerli icra hakimiyyəti Orqanları ilə birlikdə küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi üçün 2022-2023-cü illərdə təhlillərin aparılmasını, tələblərin müəyyən edilməsini, tələblərin razılaşdırılması və təsdiq edilməsini təmin etməlidir.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...