Aydın Kərimov: "İşğaldan azad olunmuş torpaqların bərpasına dair dünyada bu səpkidə təcrübə yox idi"
Yeniliklərdən dərhal xəbərdar olun
"İşğaldan azad olunmuş torpaqların bərpası ilə planlaşdırmaya başlayanda biz dərhal müəyyən çağırışlar və çətinliklər gördük, çünki dünyada bu səpkidə təcrübə yox idi".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda deyib.
"Hətta II dünya müharibəsindən sonra dünyada bu səpkidə irimiqyaslı reabilitasiya layihələri olmayıb. Həmin ərazilərin bərpası çox unikal, özünəməxsus bir keysdir. Biz 30 illik işğaldan sonra öz torpaqlarımıza qayıtmışıq, orada böyük fəlakətin şahidi olmuşuq. Şəhərlər, kəndlər, infrastruktur, tarixi abidələr dağılmış vəziyyətdədir. Bu mənada bizim qarşımızda duran tapşırıq həm vaxt baxımından, həm də ehtiyyatlar nöqteyi-nəzərindən mürəkkəb və qəliz idi", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...