Ayaz Mütəllibovun ailəsi İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm".
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu Ayaz Mütəllibovun oğlu Zaur Mütəllibov vida mərasimində deyib.
"Bu çətin gündə yanımızda olanlara minnətdarlığımı bildirirəm", - deyən Zaur Mütəllibov dəfndə iştirak edənlərə də minnətdarlıq edib.
Milli Məclisin deputatı Vahid Əhmədov isə bildirib ki, Ayaz Mütəllibov millətini, dövlətini sevən şəxs olub: "Ayaz Mütəllibov həmişə əhalinin narahatlığını hiss edirdi. Dəfnlə bağlı işlərin dövlət səviyyəsində həllinə göstəriş verilməsinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm".
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...