Axtarışda olan “Hafka” danışdı: “652 min borcu ödədim...”
Yeniliklərdən dərhal xəbərdar olun
Yasamal rayon məhkəməsinin qərarı ilə iş adamı Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
BAKU.WS xəbər verir ki, bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Hafiz Məmmədov “qaynarinfo”ya açıqlamasında bu gün borclarını qaytardığını qeyd edib: “Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.
Hafiz Məmmədov indiyədək şirkətlərinin vergi borcu olmadığını da deyib: “Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...