"Lada Vesta"nın yeni versiyası satışa çıxarılıb - FOTO
Rusiyada təhlükəsizlik yastıqları olmayan "Lada Vesta" avtomobilinin satışına başlanılıb.
Bu barədə “Rossiyskaya qazeta” brendin diler mərkəzlərindən birinin nümayəndəsinə istinadən məlumat yayıb.
Belə bir maşının dəyəri 1,46 milyon rubl (27 min 800 AZN) təşkil edir.
2023-cü il dekabrın 11-dən "AvtoVAZ" komponentlərin çatışmazlığı səbəbindən təhlükəsizlik yastıqları olmayan Vesta avtomobillərinin istehsalına start verib.
Minimum konfiqurasiyada təhlükəsizlik yastıqları olmayan Vesta avtomobilləri 106 at gücünə malik, mexaniki transmissiya və benzin mühərrikləri ilə təchiz edilib.
Qalereya
Oxşar xəbərlər
Sankt-Peterburqda müharibəyə “könüllü” kimi cəlb edilməsi məqsədilə minlərlə miqrant saxlanılıb
Sankt-Peterburq polisi dekabrın 31-i axşam və yanvarın 1-nə keçən gecə miqrantların kütləvi saxlanmasını həyata keçirib. “Report” xəbər verir ki, bu barədə “Nov...