Avstriya parlamentinin rəhbəri korrupsiya işində toxunulmazlıqdan imtina edəcək
Avstriya Milli Şurasının (parlamentin aşağı palatası) sədri Volfqanq Sobotka onun da adının hallandığı iqtisadi cinayətlərə qarşı mübarizə üzrə prokurorluğun müraciəti əsasında parlamentin səlahiyyətli komitəsindən toxunulmazlığının ləğvini istəyəcək.
“Report”un məlumatına görə, bu barədə xarici KİV sədrin ofisinə istinadən məlumat yayıb.
Prokurorluq siyasətçini Ervin Pröll Fondunun maliyyələşdirilməsi ilə bağlı qanun pozuntularının araşdırılmasına təsir etmək cəhdində şübhəli bilir.
Hakim Avstriya Xalq Partiyasına (AXP) yaxın olan bu qeyri-kommersiya fondu Aşağı Avstriya federal əyalətinin hökuməti tərəfindən maliyyələşdirilirdi. 2017-ci ildə fond fəaliyyətsizlik səbəbindən ləğv edilin və alınmış subsidiyalar isə Aşağı Avstriyanın büdcəsinə qaytarılıb.
AXP nümayəndəsi olan Sobotka 2017-ci ildə ölkə parlamentinin sədri vəzifəsinə keçməzdən əvvəl fondun maliyyə direktoru olub.
Oxşar xəbərlər
Ermənistanın müdafiə nazirinin sabiq müavini müharibədə məhv edilən əsgərin anasını aldadıb - FOTO
Ermənistan ordusunun 44 günlük müharibədə Azərbaycan hərbçiləri tərəfindən məhv edilmiş əsgəri Hayk Melikyanın anası Naira Melikyan ölkəsinin müdafiə nazirinin...