Avropada gənclər neçə yaşından valideynlərindən ayrılıb öz evlərinə köçürlər? - Ölkələrə görə STATİSTİKA
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) ölkələrində ailələrini tərk edən gənclərin orta yaş həddi ilə bağlı 2022-ci il məlumatlarını açıqlayıb.
BAKU.WS xəbər verir ki, avropalı gənclər orta hesabla 26,4 yaşında ailələrindən ayrı yaşamağa başlayırlar.
Məlumata görə, Avropada kişilər orta hesabla 27,3, qadınlar isə 25,4 yaşında ailələrindən ayrı yaşamağa başlayıblar. Beləliklə, kişilər ailələri ilə daha çox yaşamış olurlar.
Finlandiya Avropa İttifaqı ölkələri arasında gənclərin ən erkən yaşda evi tərk etdiyi dövlətdir. Finlandiyada gənclər orta hesabla 21,3 yaşında valideynlərindən ayrılıblar.
Finlandiyanı 21,4 yaşında İsveç, 21,7, Danimarka və Estoniyada 12.7, Hollandiyada 23, Fransada 23,4, Almaniyada isə 23,8 yaşında gənclər öz evlərini qururlar. Xorvatiyada yaşayanlar ən qoca yaşlarında öz evlərinə gedirlər. Öz evini qurmaq yaşı Xorvatiyada 33,4, Slovakiyada 30,8, Yunanıstanda 30,7, Bolqarıstan və İspaniyada 30,3, Maltada 30,1, İtaliyada 30 olub.
Oxşar xəbərlər
70, 80, 90 yaşında ATA OLANLAR - Övladınızın xərçəngə tutulma riski arta bilər - FOTO
Artıq qoca yaşlarında ata olan şəxslərə tez-tez rast gəlinir. Məsələn, bu həftə 83 yaşlı məşhur aktyor Al Paçinonun 29 yaşlı sevgilisi Noor Alfallahdan uşağı dü...