Avropa İttifaqı Şengen Vizasının verilməsini sadələşdirdi

07
iyn
2019
10:31
Avropa İttifaqı şengen vizası alması qaydalarını sadələşdirib.BAKU.WS xəbər verir ki, bundan sonra turistlər planlaşdırılmış səfərdən maksimum 6 ay öncə viza üçün müraciət edə biləcək.Turistlət sənədlərini səyahətdən 6 ay əvvəl təqdim edə biləcəklər. Hazırda bu müddət 3 aydır. Əksər hallarda bunu yaşadıqları ölkədən etmələri mümkün olacaq. Mümkün olan yerlərdə viza üçün konsulluğun saytından elektron formada müraciət edilə biləcək. Yetkinlik yaşına çatmamış 6-18 yaşlı xarici vətəndaşlar üçün Şengen vizasının tam pulsuz olacaq. Yeni qaydalara görə, turistlər mərhələli şəkildə etibarlılıq müddəti 1 ildən 5 ilədək artan təkrar viza əldə edə biləcək.Şengen zonası ölkələrinə qısamüddətli səfər üçün vizanın qiyməti 60 avrodan 80 avroya qalxacaq. Bu bahalaşma bir sıra dövlətlərin vətəndaşlarına şamil olunmayacaq. Avropa Komissiyasının məlumatında bildirilir ki, Avropa Öttifaqı ölkələrinə səfər etmək üçün ümumilikdə 102 dövlətin vətəndaşı Şengen vizası almalıdır.Zülfiyyə Qurbanova

Oxşar xəbərlər
Bu şəxslər 30 saniyəyə viza ala biləcək - VİDEO
UEFA Avropa Liqasının finalı ilə bağlı vizaların verilmə müddəti 25-30 saniyəyə qədər azaldılıb.Final oyununa bileti olan, eləcə də UEFA-da akkreditasiyadan keç...