Avropa Şurası Ermənistan hakimiyyətinin qanunsuz fəaliyyətini stimullaşdırır

Avropa Şurası Ermənistan hakimiyyətinin qanunsuz fəaliyyətini stimullaşdırır
Siyasət 217

Ermənistanda küçə nümayişləri ilə hakimiyyəti ələ alan Baş nazir Nikol Paşinyan kreslosuna əyləşən kimi dərhal radikal addımlar atmağa başladı.

BAKU.WS xəbər verir ki, kütləvi həbslər aparan Paşinyan keçmiş hakimiyyətin təmsilçiləri, o cümlədən iki sabiq prezident Robert Köçəryan və Serj Sarqsyana qarşı cinayət işləri açdırdı.

Paşinyan hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində qərarlarına qarşı çıxanları istefa etməyə məcbur etdi. Vəziyyət o yerə çatdı ki, son aylarda Paşinyan hakimiyyətinə qarşı da aksiyalar keçirilməsinə start verilib.

İdarəetmə təcrübəsi olmayan və küçə qaydaları ilə ölkə idarə etməyə çalışan Paşinyan hakimiyyət əleyhdarlarını cinayət təqibinə məruz qoyub. Təkcə siyasətçilər deyil, bəzi jurnalistlər və hüquq müdafiəçiləri də təqiblərə məruz qalırlar.

Bu gün Ermənistandakı məhkəmə aparatları siyasi rəqiblərlə hesablaşmalar aparmaq üçün fəal istifadə olunur.

Lakin Ermənistan hakimiyyətinə qanunsuz əməllərinə görə beynəlxalq təşkilatlar heç bir rekasiya vermir. Üzvü olan dövlətlərin insan hüquqlarının müdafiəçisi olduğunu bəyan edən Avropa Şurası da qanunlara əsaslanaraq deyil, müəyyən dairələrin maraqlarına uyğun qərarlar qəbul edir.

Əvvəllər Ukraynada Yanukoviç hakimiyyətinə qarşı “selektiv ədalət” terminindən fəal şəkildə istifadə olunurdu. Cinayətkar erməni siyasi elitasına qarşı isə Avropa İttifaqı və Avropa Şurası niyə eyni münasibəti sərgiləmir?

Ermənistanda fundamental insan hüquqları hər gün hər addımda pozulur. Ermənistan nəinki öz vətəndaşlarının, 30 ildən artıqdır ki, quruma digər üzv dövlətin torpaqlarını işğal altında saxlamaqla 1 milyondan artıq Azərbaycan vətəndaşının da hüquqlarını kobud şəkildə pozmaqdadır. Özünü insan hüquqlarının hamisi hesab edən Avropa Şurası bu faktları niyə görməzdən gəlir və işğalçı rejimə təzyiq göstərməyə tələsmir.

Son xəbərlər