Avropa enerji qiymətlərinin artması səbəbindən təxminən 1 trilyon dollar itirib
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Rusiyanın Ukraynadakı müharibəsi səbəbindən enerji qiymətlərinin artması nəticəsində təxminən 1 trilyon dollar itirib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, 2022/23-cü ilin qış mövsümündən sonra Avropa qaz ehtiyatlarını Rusiyadan çox az və ya heç olmayan tədarüklə artırmalı olacaq. Bu, "Bloomberg" analitiklərinin fikrincə, qiymətlərin yüksək səviyyədə qalacağı deməkdir.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Avropa İttifaqı bu il qaz tələbatını 50 milyard kubmetr azaltmağa nail olub, lakin region hələ də 2023-cü ildə 27 milyard kubmetr potensial kəsirlə üzləşə bilər. Bu, Rusiya tədarükünün sıfıra düşdüyü və Çinin LNG idxalının 2021-ci il səviyyəsinə qayıtması ilə baş verəcək.
Oxşar xəbərlər
Dünyanın ən zəngin ailələrinin adları açıqlandı - SİYAHI
Dünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsi “Walmart”ın sahibi olan Uolton ailəsi dördüncü ildir ki, “Bloomberg”in dünyanın ən zəngin ailələri siyahısı...