ATƏT nümayəndəsi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani şəxsi nümayəndəsi Anjey Kaspşiki Ermənistan-Azərbaycan şərti sərhədinə göndərir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə B.Osmani “X” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, belə bir qərarı ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışıqlarından sonra verib.
“Siyasi məsələlər üzrə dialoq davam etməlidir və ATƏT buna töhfə verməyə hazırdır”, - B.Osmani vurğulayıb.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...