ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirməyə hazırdırlar.
BAKU.WS xəbər verir ki, bu barədə Trend həmsədrlərin birgə bəyanatında istinadən xəbər verir.
Bəyanatda bildirilir ki, həmsədrlər Stokholmda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin onların himayəsi altında birgə görüşünün baş tutmamasından təəssüflənirlər:
"Həmsədrlər sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlanmış müzakirələrin davam etdirilməsinə şərait imkan verən kimi belə bir görüşü keçirməyə hazır olduqlarını bildiriblər".
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...