ATƏT də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti izləyir
13
may
2021
21:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ATƏT-in hazırki sədri, İsveç xarici işlər naziri Ann Linde xarici işlər naziri Ceyhun Bayramovla danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə A.Linde sosial şəbəkədə məlumat paylaşıb. ATƏT sədri Ermənistan xarici işlər naziri Ara Ayvazyanla da danışdığını bildirib.
"Ermənistan-Azərbaycan sərhədindəki hazırki vəziyyəti hər iki ölkədən olan həmkarlarımla müzakirə etdim. ATƏT rəhbərliyi və mənim şəxsi nümayəndəm vəziyyəti yaxından izləyir", - deyə Linde vurğulayıb.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...