ATƏT cəbhənin Füzuli istiqamətində monitorinq keçirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 4-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər.
Oxşar xəbərlər
Monitorinq insidentsiz başa çatıb
Bu gün təmas xəttində monitorinq keçirilib.Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.Məlumatda bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin...