Atəş altında olan Kiyevdə toy - FOTO

Hazırda döyüşlərin getdiyi Kiyevdə bir-birini sevən iki gənc ailə həyatı qurub.
BAKU.WS xəbər verir ki, Ukrayna vətəndaşları Yuri Zozulya ilə Anjelina Karyakina evləniblər.
Yuri Zozulya polisdir. O, Kiyev Patrul Polis İdarəsinin rəisi vəzifəsində çalışır. Onun xanımı Anjelina isə jurnalistdir.
Ölkə müharibə şəraitində olduğundan Anjelina gəlinlik geyinə bilməyib. O, sadəcə saçlarına fata taxıb. Şəhər sakinləri cütlüyə yemək və şampan verib.
Hər iki gəncin toy fotoları izləyicisi böyük olan sosial platformalarda yayılıb. Yuri ilə Anjelinanın şad günündən olan görüntülər hər kəs tərəfindən çox bəyənilib.
Qalereya
Oxşar xəbərlər
Kiyevdə Ukrayna azərbaycanlıları ilə görüş keçirilib - FOTO
Kiyevdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşlarının iştirakı ilə Ukrayna azərbaycanlıları ilə görüş keçirilib, 31 Dekabr – Dünya Azə...
