Atasının vəsiyyətini yerinə yetirdi: Toyda gəlini görənlər ŞOKA DÜŞDÜ - FOTO

Atasının vəsiyyətini yerinə yetirdi: Toyda gəlini görənlər ŞOKA DÜŞDÜ - FOTO
Foto
Siyasət 281

Türkiyədə, Mersinin Silifke rayonunda 2 il əvvəl yol qəzasında atasını itirən Düriye Duyqu Gür atasının vəsiyyətini yerinə yetirib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ata Rafet Gür ölməzdən əvvəl qızına vəsiyyət edib ki, ağ atın belində gəlin köçsün:

"Öləcəyəm, ya sağ qalacağımı heç vaxt bilmirəm. Ölsəm sənə vəsiyyətimdir. Ağ atlı ağ gəlinlikdə şadlıq sarayına gedəksən".

Düriye Duyqu Gür atasının vəsiyyəti ilə gəlinlik paltarında at belində şadlıq sarayına gəlib.

Atasının vəsiyyətinə əməl edən Düriye Duyqu bir at fermasında ağ at tapıb. Bir həftə məşq edərək at minməyi öyrənib.

Qonaqların heyrət dolu baxışları arasında səhnədə atdan enən Düriye Duyqu ilk rəqsini həyat yoldaşı Mahmut Canla rəqs edib. Bəylə gəlinin ilk rəqs musiqisi bitənə qədər at səhnəni tərk etməyib.

Bəy Mahmut Can Bulduk da qayınatasının vəsiyyəti ilə şadlıq sarayına at belində daxil olmaqdan çox xoşbəxt və həyəcanlı olduqlarını bildirib.

Son xəbərlər