Assosiasiya: Münaqişə Azərbaycan və İran arasında işləyən daşıyıcıların işinə təsir göstərməyib
ABŞ və İran arasında silahlı münaqişə Azərbaycan və qonşu ölkə arasında hərəkət edən daşıyıcıların işinə təsir göstərməyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin baş katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
Bununla belə, onun sözlərinə görə, daşımalarla məşğul olan ekspeditor şirkətləri zərər çəkə bilər: "İstehsalçılar, mal idxalçıları problem yaşayır. Amma sırf avtomobillə daşımada problem yaşanmayıb. Ümumiyyətlə isə İranla avtomobillər yük daşımalarında bəzi problemlər qalır. Belə ki, bizim daşıyıcıların hamısı İranın dərinliyinə heç vaxt işləməyiblər. Bizim daşıyıcılar sərhəddən, Biləsuvardan, Astaradan məhsulları götürüb tranzit olaraq Rusiyaya daşıyırlar. Onların 90 %-i Fars körfəzinə çıxmayıb. Risklər o qədər yüksəkdir ki, onu edə bilmirlər. Yəni ki, səmərəli olmadığından İran daşıyıcıları bunu həyata keçirirlər".
Bundan başqa, K.Qurbanov deyib ki, Azərbaycanda beynəlxalq daşımalarla bağlı sürücü çatışmazlığı var: "Bu, daimi bir problemdir, həll olunmayıb. Problem həm də keyfiyyətli sürücülərlə bağlıdır. Amma sürücü çatışmazlığı təkcə bizim ölkəmizlə bağlı deyil. Bu qlobal bir problemdir. Biz də bu problemi aradan qaldırmaq üçün birbaşa addımlar atırıq".
Oxşar xəbərlər
Azərbaycanda dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb
2026-cı ilin sonuna Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayis...