“ASAN xidmət”in səlahiyyətlərindən biri ləğv edildi

“ASAN xidmət”in səlahiyyətlərindən biri ləğv edildi
Siyasət 1

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) tərəfindən göstərilən xidmətlərin sayı azaldılıb.

BAKU.WS-in xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dəyişikliklə “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatlar verilməyəcək.

Oxşar xəbərlər

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...

4319 Siyasət 09:51 08 may 2023

Son xəbərlər