“ASAN ödəniş” sistemi haqqında Əsasnaməyə dəyişiklik edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev “ASAN ödəniş” sistemi haqqında Əsasnaməyə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, Əsasnamənin 1.2.1-ci bəndinə dəyişiklik edilib.
Dəyişikliklə “ASAN ödəniş” sistemi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xətalar haqqında elektron protokolların xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin sistemdə yaradılmış elektron kabinetlərdə yerləşdirilməsini, bu barədə inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə (qısa mesaj - SMS vasitəsilə) və elektron ünvanına (olduğu halda) məlumat verilməsini təmin etməlidir.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...