“Arzuolunmaz şəxs”lər Azərbaycana gələ bilmədilər, sərhəddən geri qaytarıldılar

“Arzuolunmaz şəxs”lər Azərbaycana gələ bilmədilər, sərhəddən geri qaytarıldılar
Siyasət 376

Ötən il dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan 3211 nəfər barəsində müvafiq qərarlar verilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci illə bağlı hesabatında qeyd olunub.

Bildirilib ki, xaric olunma faktları ilə bağlı 244 nəfər, ekstradisiya faktları ilə bağlı 62 nəfər qeydə alınıb.

Xarici ölkələrdən Azərbaycana gəlmək istəyən 5 nəfər “arzuolunmaz şəxs” qismində saxlanılaraq geri qaytarılıb.

Hesabat dövründə ölkədən çıxışa dair məlumat olmadığı üçün 231 nəfər və digər səbəblərdən 7 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Son xəbərlər