Arzu Əliyeva və Alena Əliyeva Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsini ziyarət ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsini ziyarət ediblər.
BAKU.WS xəbər verir ki, əvvəlcə qonaqlar uşaqların iştirakı ilə təşkil olunan kiçik bədii-musiqili çıxışları izləyiblər. Sonra şöbənin fəaliyyəti ilə yaxından tanış olub, həkim, psixoloq, fəza oriyentasiyası otaqlarına baxış keçiriblər.
Ziyarət zamanı, həmçinin uşaqlar hazırladıqları əl işlərindən ibarət hədiyyələri qonaqlara təqdim ediblər.
Sonra birlikdə xatirə şəkli çəkdirilib.
Qalereya
Oxşar xəbərlər
Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır
Qara dəniz və Xəzər dənizi arasında etibarlı əlaqələr ticarət və enerji resurslarının hərəkəti üçün yeni imkanlar açır. BAKU.WS "Report"a istinadən xəbər verir...