Armen Qriqoryan: "İndi biz münaqişəni deyil, sülhü necə möhkəmləndirməyi müzakirə edirik"
"2025-ci il avqustunda Vaşinqton şəhərində baş tutan və Ermənistanla Azərbaycan arasında sazişlə nəticələnən sammit regiona sülh gətirən və bütün ab-havanı dəyişən çox böyük uğurdur".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Doha forumu çərçivəsində "Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək" adlı panel müzakirəsində bildirib.
"İndi biz münaqişəni deyil, sülhü necə möhkəmləndirməyi müzakirə edirik", - A.Qriqoryan deyib.
Qriqoryanın sözlərinə görə, gələcəkdə sülh sazişinin ratifikasiyası və regionun iqtisadi baxımdan blokdan çıxarılması böyük və tarixi uğur olan sazişin institutlaşdırılmasının tərkib hissələridir.
O, qarşılıqlı asılılıq şəraitində iqtisadi əlaqələrin artırılmasının ölkəsi üçün prioritet olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Naxçıvanın dron hücumuna məruz qalması dünya mediasının diqqət mərkəzində
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, İsveçin "Agenda Nexus" analitik platformasında bölgədə artan gərginlik...