ARB TV yeddi yaşını qeyd edir
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün ARB TV yeddi yaşını qeyd edir.
Televiziya kanalı “Region” TV adı ilə 2014-cü ilin may ayının 10-da ümumrespublika yayımına çıxıb.
Televiziya 2014-cü ildə Milli Televiya və Radio Şurasının elan etdiyi tenderin qalibi olub. Həmin vaxt telekanalın tərkibində altı region telekanalı var idi. İki ildən artıq müddətdə “Region TV” adı altında fəaliyyət göstərib. 2016-cı ildə televiziyanın adını dəyişdirilib və sentyabrın 19-dan etibarən “ARB TV”brendi ilə tamaşaçıların qarşısına çıxıb.
ARB TV-nin yayım siyasətinin əsasını sosial yönümlü verilişlər, operativ informasiya proqramları, realiti-şoular, müxtəlif mövzulu gündüz proqramları təşkil edir. ARB TV-ni bütün ölkə ərazisində açıq yayımda izləmək mümkündür. Telekanal kabel televiziya operatorları vasitəsilə və peyk üzərindən də yayımlanmaqdadır.
Qeyd edək ki, “ARB MEDİA QRUP” tərkibində ümumilikdə 8 telekanal var. Bu siyahıya 1 ümumrespublika yayımçısı – “ARB TV”, 5 bölgə televiziyası – “ARB Kəpəz”, “ARB Şəki”, “ARB Aran”, “ARB Şimal”, “ARB Cənub”, peykdə yayımlanan 2 tematik telekanal – “ARB 24”, “ARB Günəş” və 1 radio kanalı – “Kəpəz FM” daxildir.
ARB TV-də çalışan həmkarları təbrik edir, onlara möhkəm can sağlığı və müvəffəqiyyətlər arzulayırıq!
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...