Antoni Blinken Nikol Paşinyanla telefonla danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Regiondakı ölkələr arasında müzakirələr Cənubi Qafqazda davamlı sülhün açarıdır".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığından sonra tviter hesabında yazıb.
“Nikol Paşinyanla Ermənistan və Azərbaycanın regionda sülhə nail olmaq üçün tarixi imkanları haqqında yaxşı müzakirə oldu. Ermənistana Azərbaycan və Türkiyə ilə irəliyə doğru atdığı müsbət addımlara görə təşəkkür edirəm. Regionda yerləşən ölkələr arasında müzakirələr Cənubi Qafqazda davamlı sülhün açarıdır”, - Blinken tviter hesabında yazıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...