Antalyada yanğın gündüzü gecəyə çevirdi - VİDEO

Antalyada yanğın gündüzü gecəyə çevirdi - VİDEO
Video
Siyasət 106

Antalyanın Konyaaltı bölgəsində yanğın qeydə alınıb.

Alovlar yaxtaların hazırlandığı fabrikdən yüksəlib.

Obyektdə olan kimyəvi maddələr səbəbindən yanğın qısa müddətdə genişlənib. İnsident nəticəsində səmanı sıx tüstü buludları bürüyüb, hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları göndərilib.

Yerdən və havadan edilən müdaxilələr nəticəsində yanğın nəzarət altına alınıb. Hazırda onun tamamilə söndürülməsi istiqamətində işlər aparılır.

Son xəbərlər