Antakyada sakinlər dağıntılar altında qalan oğlan üşüməsin deyə yorğana bükdülər

Antakyada sakinlər dağıntılar altında qalan oğlan üşüməsin deyə yorğana bükdülər
Siyasət 189

Türkiyədə dağıntılar altında qalan 7 yaşlı Suriya əsilli uşağı bütün səylərə baxmayaraq oradan çıxarmaq mümkün olmayıb. Vətəndaşlar balaca uşağı üşüməsin deyə yorğanla büküb, başına papaq qoyublar.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Hatay vilayətinin Antakya rayonunda qeydə alınıb.

Məlumata görə, 7-8 yaşlarında olduğu ehtimal edilən uşağın valideynləri də dağıntılar altındadır.

Hazırda balaca oğlan keçirdiyi şok səbəbindən danışa bilmir.

Vətəndaşlar onun həyatda qalması üçün səfərbər olublar.

Son xəbərlər