Ankarada TDT-nin Fövqəladə Zirvə Toplantısı keçirilir - YENİLƏNİR + VİDEO

Ankarada TDT-nin Fövqəladə Zirvə Toplantısı keçirilir - YENİLƏNİR + VİDEO
Video
Siyasət 131

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə Toplantısı öz işinə başlayıb.

***08:21

Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək.

Report-un tədbirə ezam olunmuş əməkdaşının xəbərinə görə, Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadir Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri, Şimali Kıprız Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Milli Şurasının rəhbəri Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.

Ötən il keçirilən Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan Şimali Kipr Türk Respublikası zirvə görüşündə ilk dəfə iştirak edəcək.

Fevralın 6-da Türkiyədə yaşanan böyük zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, gündəmdə olan ortaq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Ərdoğanın Zirvə Görüşü çərçivəsində həmkarları ilə də ikitərəfli görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Zirvə Görüşündən sonra mətbuat konfransı keçiriləcək.

Onu da əlavə edək ki, bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının da iclası keçiriləcək.

Son xəbərlər