Ancelina Bredin onu rahat buraxdığı günü səbirsizliklə gözləyir - FOTO

Ancelina Bredin onu rahat buraxdığı günü səbirsizliklə gözləyir - FOTO
Siyasət 285

Hollivudun keçmiş cütlüyü Ancelina Coli ilə Bred Pitt arasındakı gərginlik davam edir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, onlar bu dəfə də Fransadakı bağ evlərinə görə qarşı-qarşıya gəliblər.

Colinin bağdakı pay hissəsini iş adamı Yuri Şefflerə satması ortalığı tamamilə qarışdırıb.

Ancelina Bredin onu rahat buraxdığı günü səbirsizliklə gözləyir - FOTO

Bundan sonra Pitt Ancelinanı məhkəməyə verib. Colinin vəkili Paul Mörfi Bredə səslənərək artıq onu rahat buraxmasını istəyib.

Vəkilin Ancelinanı belə müdafiə etməsi dünya mətbuatında gündəm olub.

Mörfi həmçinin iddia edib ki, Pitt şərab istehsal edilən bağların özünə adi hissəsini satışa çıxartmaq üçün Coliyə məcburi şəkildə müqavilə imzaladıb.

"Ancelinanın istədiyi yalnız normal formada Breddən ayrılmaq idi. Pitt də daxil olmaqla, bütün ailə üzvləri arasında yaxşı münasibətlər var idi. Artıq Ancelina Bredin onu rahat buraxdığı günü səbirsizliklə gözləyir" - deyərək, Mörfi qeyd edib.

Ancelina Bredin onu rahat buraxdığı günü səbirsizliklə gözləyir - FOTO

Son xəbərlər