Rusiyada bir şəxs anası üçün gələn təcili tibbi yardım briqadasının üstünə qumbara atdı
Rusiyanın paytaxtında bir nəfər şəxs anasının yanına gələn təcili yardım həkimlərinə qumbara atıb.
BAKU.WS xəbər verir ki, bu barədə Mash teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, oğul həkimlər briqadasını Nikulinskayadakı mənzilə çağırıb. Həkimləri girişdə qarşılayıb və söyüş söyüb.
Sürücünü maşını çox yavaş sürməkdə ittiham edib. Onun sözlərinə görə, yardım gələnə qədər anası həyatını itirib.
Bu vaxt 74 yaşlı qadın mənzildə həkimləri gözləyib və qorxub. Nəyinsə yolunda getmədiyini hiss edən tibb işçisi ikinci təcili yardım qrupu çağırıb və xəstənin təzyiqini ölçüb.
Daha sonra təqaüdçü oğlundan çox qorxduğunu üçün çağırılan ikinci təcili yardımdan oradan aparılmağı xahiş edib.
İkinci həkim briqadası gələndə həmin şəxs onların ayaqlarının altına qumbara atıb.
Hadisədən sonra polislər həmin şəxsi bölməyə aparıb.
Oxşar xəbərlər
Yuxuda evinin altında xəzinə olduğunu görən 71 yaşlı təqaüdçü qazdığı quyuda öldü - FOTO
Braziliyada 71 yaşlı təqaüdçü yuxusunda evinin altına xəzinə basdırıldığını görüb. BAKU.WS xarici mətbuata istinadən xəbər veror ki, o, daha sonra mətbəx döşəm...