Anar Eyvazov: “Ermənistanın şəhər və kəndlərimizi atəşə tutması ilə bağlı adekvat tədbirlər görülür”
Yeniliklərdən dərhal xəbərdar olun
“Əks-hücum əməliyyatı nəticəsində Tərtər, Cəbrayıl və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib”.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
A. Eyvazov deyib ki, müxtəlif istiqamətlərdə düşmənin aktivliyinin qarşısı alınır: “Düşmən döyüşə qadınlardan sonra qocaları göndərir. Görünür ki, bu, düşmənin sonuncu ehtiyat qüvvələri olacaq”.
Şəhər və kəndlərin Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya atəşinə tutulduğunu bildirən Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, adekvat tədbirlər görülür:
“Düşmənin guya Gəncədəki hərbi obyektləri vurduğu barədə xəbər tamamilə yalandır. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov qeyd edib ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir”.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. BAKU.WS xəbər verir ki, bu barədə A...