ANAMA 2000-ci ildən bəri aşkarladığı mina və hərbi sursatların sayını açıqladı

ANAMA 2000-ci ildən bəri aşkarladığı mina və hərbi sursatların sayını açıqladı
Siyasət 860

“2000-ci ildən 2020-ci ilədək təmizlənmiş ərazilər 546 milyon kvadratmetrdən artıq olub”.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməliyyatlar üzrə meneceri Elnur Qasımov deyib.

Onun sözlərinə görə, aşkar olunmuş mina və hərbi sursatların sayı isə 808 895 ədəddir:

“Düşmənin istifadə etdiyi silah-sursatlar yeniləndikcə bizim daha yeni müasir avadanlıqlara ehtiyacımız olacaq. Əminik ki, bu istiqamətdə də dövlətimiz bizə lazımi dəstəyi verəcək”.

Son xəbərlər