Altı ölkənin nazirləri Şuşada görüşəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 13-14-də Şuşada TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası keçiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı report-un Ankara bürosuna açıqlamasında TÜRKSOY baş katibinin müavini Sait Yusuf bildirib.
S.Yusufun sözlərinə görə, toplantıda 6 qurucu ölkənin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistanın mədəniyyət nazirləri iştirak edəcəklər. Ənənəvi olaraq iclasda TÜRKSOY-un fəaliyyəti müzakirə ediləcək, 2024-cü il üçün planlar açıqlanacaq, qərarlar qəbul olunacaq.
TÜRKSOY rəsmisi bağlanış tədbirində qəbul ediləcək bəzi qərarları da diqqətə çatdırıb: “2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” estafeti Şuşadan Türkmənistanın Anev şəhərinə keçəcək. Hər ölkənin həmin il üçün anım ili olaraq elan etdiyi tarixi şəxsiyyətlərlə bağlı təqdim etdikləri tarixi proqram da Şuraya təqdim olunacaq”.
Azərbaycanın TÜRKSOY-dakı fəaliyyətinə də toxunan Sait Yusuf ölkəmizin üzv dövlətlər arasında ən aktiv olduğunu bildirib: “Azərbaycan təşkilata hər zaman böyük dəstək verib və verməkdə də davam edir”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...