Almatıda hosteldə dəhşətli yanğın: 13 insan həlak olub - FOTO

30
noy
2023
10:47
Qazaxıstanın Almatı şəhərindəki hosteldə baş verən yanğında 4 əcnəbi vətəndaş həlak olub.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Ümumilikdə bir gecədə baş verən yanğın nəticəsində 13 nəfər həyatını itirib. Onların ölümünün ilkin səbəbi dəm qazından zəhərlənmə olub.
Qeyd edək ki, ölən 13 nəfərdən 4-ü əcnəbidir (2-si Rusiya və 2-si Özbəkistan vətəndaşı), qalan 9-u isə Qazaxıstan vətəndaşıdır.
Qalereya
Oxşar xəbərlər
2022-ci il dünyada nə ilə yadda qaldı? - FOTO
2022-ci ilin sona çatmasına sayılı günlər qalıb. Bu il dünyada baş verən bir çox hadisələr, fəlakətlər və müharibələrlə yadda qaldı. BAKU.WS 2022-ci ilin yadda...
