Almaniyada qaçqın statusu ala bilməyən azərbaycanlı intihara cəhd etdi - Vəziyyəti ağırdır

15
avq
2019
13:30
Dünən gecə Almaniyaya qaçqın statusu almaq üçün müraciət edən azərbaycanlı intihara cəhd edib. BAKU.WS xəbər verir ki, bu barədə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev İntegrasiya Mərkəzi səhifəsində məlumat yayıb.İtaliya vizası ilə Almaniyaya gəlib Ibbenburen şəhərində məskunlaşan və Dublin sazişinə görə İtaliyaya getməkdən imtina edən bu şəxs özünü doğrayıb:"Hər iki qollarını kəsən şəxs 2 ay əvvəl İtaliya vizası ilə Almaniyaya gəlib. Bu gün polislər onu məcburi qaydada İtaliyaya deport etmək istədikləri zaman özünü dögrayib. Hüseyn adlı bu şəxs Kəlbəcər rayonunda anadan olub, evlidir, iki azyaşlı uşağı var. O, təcilli yardımla xəstəxanaya çatdırılib".Həmin şəxsin vəziyyəti ağır olsa da ölüm təhlükəsi sovuşub.Xatırladaq ki, ötən ay sığınacaq almaq üçün Almaniya dövlətinə müraciət edən və rədd cavabı alan üç azərbaycanlı intihara cəhd edib. Onlardan biri ölüb, ikisi həyata qaytarılıb. Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Almaniyada özünü öldürən bir uşaq anası Humayın FOTOları
Sığınacaq almaq üçün Almaniya dövlətinə müraciət edən və rədd cavabı aldığı üçün özünü öldürən Humay Məmmədovanın fotoları yayılıb.BAKU.WS xəbər verir ki, Degge...
