Almaniya səfiri Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması barədə məlumatlandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Almaniya Federativ Respublikasının Rusiya Federasiyasındakı yeni təyin olunmuş səfiri Aleksandr Qraf Lambsdorfu qəbul edib.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, P.Bülbüloğlu həmkarını səfir təyin olunması münasibətilə təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Azərbaycan səfiri qonağa Rusiyadakı diplomatik korpusun duayeni qismində fəaliyyəti və bu ölkənin Xarici İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər və əhəmiyyətli mədəni layihələr barədə məlumat verib.
Almaniya səfiri Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı son proseslərlə maraqlanıb.
P.Bülbüloğlu almaniyalı həmkarına Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı məlumat verib, regionda baş verən son hadisələr və müasir reallıqlar barədə ətraflı danışıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər məsələləri müzakirə olunub.
A.Lambsdorff öz növbəsində Polad Bülbüloğluna səmimi qəbula və çox maraqlı söhbətə görə təşəkkür edib.
Görüşün sonunda Azərbaycan Səfiri həmkarına Heydər Əliyev Fondunun nəşr etdiyi "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabını hədiyyə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...