Almaniya paytaxtında Şuşa şəhərinin 270 illiyi qeyd edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Berlində ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş konsert keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən BAKU.WS-ə bildiriblər ki, komitənin dəstəyi və Almaniyada fəaliyyət göstərən “Khari-Bülbül“ Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan konsert Şuşanın qədim, eyni zamanda, müasir tarixini, ölkəmizin Qarabağdakı parlaq Qələbəsini, həmçinin Diaspor Gənclərinin Üçüncü Yay Düşərgəsini əks etdirən videogörüntülərin nümayişi ilə başlayıb.
Sonra Bakıdan gəlmiş “Ritm” rəqs qrupunun ifasında Azərbaycanın milli rəqsləri təqdim edilib.
Tədbirin sonunda Almaniya Azərbaycanlıları Alyansının sədr müavini, “Khari-Bülbül” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Sevda Bədəliori və digərləri çıxış edərək iştirakçılara və qonaqlara minnətdarlıqlarını bildiriblər.
Qalereya
Oxşar xəbərlər
Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin qaçırılan dərsləri
2020-ci il Dağlıq Qarabağ müharibəsi kifayət qədər diqqət mərkəzində olmuşdur. Altı həftəlik müharibə haqqında edilən şərh və təhlillər döyüş əməliyyatlarının g...