Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya ilə Azərbaycan əməkdaşlığın genişləndirilməsi üçün "yaşıl hidrogen" sahəsi daxil olmaqla, layihələr hazırlayır.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında enerji əməkdaşlığı fəal şəkildə genişlənir və təkcə ənənəvi istiqamətləri deyil, həm də bərpa olunan enerji mənbələrinə keçidlə bağlı yeni seqmentləri əhatə edir.
R.Horlemann qeyd edib ki, Almaniyanın üç enerji şirkəti Azərbaycan qazını almağa başlayıb ki, bu da əməkdaşlıqda çox müsbət inkişafıdır.
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xa...