Almaniya BQXK-nin Dağlıq Qarabağdakı fəaliyyətinə 2 milyon avro ayırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) Dağlıq Qarabağdakı fəaliyyəti üçün 2 milyon avro vəsait ayırıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Hökumətinin İnsan Haqları üzrə Komissarı Berbel Koflerin yaydığı açıqlamada bildirilib.
"Altı həftəlik şiddətli döyüşlərdən sonra noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıram.
Almaniya Federal Hökumətinin 2 milyon avro vəsait ayırdığı BQXK-ya yorulmaz fəaliyyətinə görə təşəkkür edirəm. Yardımın təcili çatdırılması üçün BQXK və digər humanitar təşkilatların insanlarla maneəsiz əlaqə qura bilməsi vacibdir", -deyə B.Kofler bildirib.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...