Almaniya Azərbaycan və Ermənistanı sülh yolunda dəstəkləməyə hazır olduğunu bildirib
BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Vadeful deyib.
"Bu gün Ermənistan və Azərbaycan öz tarixlərində yeni səhifə açır. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hər iki ölkənin Vaşinqtonda sülh müqaviləsini paraflaması faktı Ermənistan və Azərbaycanda uzun illər münaqişə, köçkünlük və əzab-əziyyət tarixinə nəzər salan bir çox insanlar üçün ümid mənbəyidir. Bu gün hər iki hökumət çətin məsələləri danışıqlar yolu ilə həll etməyə və çətin kompromislərə getməyə hazır olduğunu nümayiş etdirir", - o deyib.
Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, Almaniya artıq bir müddətdir ki, öz tərəfdaşları ilə birlikdə münaqişənin diplomatik yollarla həllinə fəal dəstək verir.
"İndi sülh sazişinin mümkün qədər tez iki hökumət tərəfindən imzalanması və ratifikasiyası böyük əhəmiyyət kəsb edir. Almaniya əvvəlki kimi davamlı sülhə gedən yolda Ermənistan və Azərbaycanı dəstəkləməyə hazırdır", - nazir yekunlaşdırıb.
Qeyd edək ki, daha əvvəl Vaşinqtonda keçirilən görüşdən sonra Azərbaycan və Ermənistan liderləri tərəflərin sülh arzusunu vurğulayan yeddi bənddən ibarət birgə bəyannamə imzalayıblar.
Oxşar xəbərlər
Mustafa Kamal Atatürkün anım günüdür
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda vəfat edib. Türkiyə Qurtuluş Savaşını...