Allahşükür Paşazadə 40-cı anım günündə Tovuz şəhidlərinin məzarlarını ziyarət edib – FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri — Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Arxiyepiskop Aleksandr və Dağ yəhudiləri dini icmasının başçısı Melix Yevdayev, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev qəhrəman Vətən oğullarının xatirəsini yad etmək məramı ilə II Fəxri Xiyabanda olublar.
Bu barədə BAKU.WS-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin 40-cı anım günündə onların məzarları başında bütün Vətən şəhidlərimizin ruhları üçün Quran oxunub, Allahdan rəhmət dilənib və məzarlarına tər çiçəklər düzülüb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...