Alimlərdən yeni Covid-19 variantı ilə bağlı xəbərdarlıq - “Omrikonun nəvəsi” yayılır

Alimlər yeni Covid-19 variantı ilə bağlı xəbərdarlıq ediblər.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu, Eris variantından daha yoluxucu və dayanıqlıdır.
“Omrikonun nəvəsi” adlandırılan HV.1 variantı digər variantlardan, o cümlədən Eris kimi tanınan EG.5-dən üstün olub və alimləri şoka salıb.
Ümumdünya Səhiyyə Təşkilatı virusun yeni növünü "narahatlıq variantı" olaraq xarakterizə edib.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri bu variantın ABŞ-da necə dominant hala gəldiyini qeyd edib. Bildirilib ki, son peyvəndlərin HV.1-ə qarşı nə dərəcədə effektiv olduğuna dair heç bir məlumat yoxdur.
Xəstəliyin yayıldığı ölkələrdə xəstəxanaya yatışlarda və ölüm statistikasında artış olacağı gözlənilir.

Oxşar xəbərlər
Daha bir ölkədə COVID-19-un yeni variantı aşkarlandı
İsraildə COVID-19-un yeni variantı "BA.2.86" aşkarlanıb. BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumat İsrail İctimai Yayım Təşkilatı (KAN) T...