Ali Baş Komandanın düzgün siyasəti ilə qazanılan parlaq qələbə - ŞƏRH - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“44 günlük müharibədə qələbə Azərbaycan prezidenti İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti və şəhadəti şərəf sayan Azərbaycan anasının, bacısın vəhdəti hesabına olub”.
Bu fikirləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Deputat bildirib ki, milli kadr potensialının istər NATO standartlarına, istərsə də digər standartlara uyğun yetişdirilməsi bir başa prezidentin göstərişi ilə həyata keçirilmişdir:
“Azərbaycan prezidenti cənab İlham Əliyevin ordu quruculuğunda apardığı islahatlar, müasir texnologiyalardan istifadə edərək ordunun yaradılması və bu hibrid müharibənin aparılmasında milli kadrımızdan, müxtəlif dövlətlərin ən müasir silahlarından istifadə etməsi məhz cənab prezidentin göstərişi və nəzarəti altında həyata keçirilən məsələlər idi. Bundan başqa, hərbi sənaye kompleksinin inkişafı və bunun Azərbaycanda istifadəsi də çox mühüm məsələdir”.
Millət vəkili tarixi qələbədə rolu olan başqa amilləri də sadalayarkən uğurlu informasiya mübarizəsini xüsusilə vurğuladı:
“4 dildə informasiya müharibəsini apararaq bütün dünyaya ölkəmizin haqq səsini çatdırmaq prezidentin qətiyyətli çıxışları nəticəsində oldu. Bütün bunlar düşünülmüş siyasətin göstəricisi idi. Prezident İlham Əliyev, müzəffər Ali Baş Komandan kimi öz üzərinə düşən funksiyanı ən yüksək səviyyədə yerinə yetirdi. Hesab edirəm ki, prinsipiallıq, qətiyyət, milli-mənəvi dəyərlərə söykənmək bacarığı prezident sayəsində oldu. Məhz 44 günlük müharibədə əsas qələbə faktorları da elə bu idi”.
A.Nağıyevin sözlərinə görə, qazanılan qələbə nə qədər mühüm idisə, onda sonra davam etdirilən uğurlu siyasət də bir o qədər vacibdir:
“Müharibədən sonra şəhid ailələri və qazilərlə aparılan iş, həssas təbəqədən olan insanların sosial rifahınən yaxşılaşdırılması cənab prezidentin göstərişi əsasındadır. Hərtərəfli düşünülmüş daxili və xarici siyasət İlham Əliyevin Ali Baş Komandan kimi müharibənin qalibiyyətində ən yüksək zirvədə olduğunu göstərdi”.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...